Giveaway qaydaları
Kim iştirak edə bilər
Müsabiqədə Azərbaycan Respublikasının ali və ya orta ixtisas təhsil müəssisələrində (bakalavriat, magistratura və ya kollec) əyani və qiyabi formada təhsil alan aktiv tələbələr iştirak edə bilər.
İştirakçının etibarlı tələbə bileti və ya təhsil müəssisəsi tərəfindən verilmiş arayışı olmalıdır. bakalavr.az-da qeydiyyatdan keçən hər tələbə bir dəfə iştirak edə bilər; qalib isə yalnız qeydiyyatı təsdiqlənmiş tələbələr arasından seçilir.
Necə iştirak etmək olar
İştirak etmək üçün bakalavr.az kabinetindəki giveaway bölməsində 5 qısa sualı cavablandırmaq və qaydalarla razılığı təsdiqləmək lazımdır. Son vaxt — 25 noyabr, 23:59 (Bakı vaxtı).
Bir hesabdan yalnız bir dəfə iştirak etmək olar, göndərilən cavablar sonradan dəyişdirilmir. Saxta və ya başqasının məlumatları ilə edilən iştirak qalib seçilərkən kənarlaşdırılır. İştirak tamamilə ödənişsizdir.
Dəvət linkinlə qeydiyyatdan keçib iştirak edən hər dost sənə +1 əlavə şans qazandırır (ən çoxu +10).
Qalibin seçilməsi
Qalib 26 noyabr tarixində bütün uyğun iştirakçılar arasından sistem tərəfindən təsadüfi seçilir. Hər iştirakçının 1 şansı var, dəvət etdiyi və iştirak edən hər dost üçün +1 şans əlavə olunur (ən çoxu +10).
Nəticə bakalavr.az-ın giveaway səhifəsində və rəsmi Instagram (@bakalavr_az) səhifəsində açıqlanır. Qalibə sayt bildirişi göndərilir və qeyd etdiyi əlaqə nömrəsi ilə əlaqə saxlanılır; digər iştirakçılar da nəticə barədə bildiriş alır.
Hədiyyə və təqdimetmə qaydası
Müsabiqənin mükafatı: 2 bilet hədiyyə.
Hədiyyə qalibə şəxsən təhvil verilir. Hədiyyəni qəbul edərkən qalib şəxsiyyət vəsiqəsini və etibarlı tələbə biletini təqdim etməlidir. Tələbə statusu təsdiqlənmədikdə və ya şəxsiyyət uyğun gəlmədikdə qalib kənarlaşdırılır və hədiyyə ehtiyat püşkatmanın qalibinə verilir; kənarlaşdırılan iştirakçı təkrar seçilmir.
Məlumatların istifadəsi və məxfilik
İştirak zamanı toplanan sual cavabları və tələbə maraqları yalnız bu giveaway-in təşkili, qalibin müəyyən edilməsi və bakalavr.az platformasının tələbə xidmətlərinin (cədvəl, səfərlər, karyera) təkmilləşdirilməsi məqsədilə istifadə olunur.
Tələbələrin əlaqə məlumatları və şəxsi datası heç bir üçüncü tərəfə və ya reklam agentliklərinə ötürülmür. Məxfilik siyasəti
Əlaqə və təşkilatçı dəstəyi
Müsabiqə ilə bağlı hər hansı sual, təklif və ya dəqiqləşdirmə yarandıqda tələbələr [email protected] elektron poçt ünvanı və ya rəsmi Instagram səhifəmizin birbaşa mesaj bölməsi vasitəsilə müraciət edə bilərlər.
Giveaway-in təşkilatçısı bakalavr.az-dır (TANITIM MMC). Biletlər bakalavr.az tərəfindən öz vəsaiti ilə alınıb və qalibə tam ödənişsiz verilir. Giveaway Instagram, Orxan Zeynallı və konsertin təşkilatçıları ilə əlaqəli deyil və onlar tərəfindən dəstəklənmir.
Qaydalarla tanış oldunuz?
Giveaway səhifəsinə qayıdaraq iştirakınızı təsdiqləyin.
